“Neft və qaz boru kəmərlərinin təhlükəsizliyi təmin edilir” –

Gürcüstan DİN
30 İyul 2020 - 10:06

“Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizə Departamenti Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəmərinin, Supsa neft terminalının və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir”.

Bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, nazirliyin Strateji Boru Kəmərlərinin Mühafizə Departamenti Yaqluci təlim atış poliqonunda taktiki təlim keçirib. Təlimdə daxili işlər nazirinin müavini İoseb Çelidze, Strateji Boru Kəmərləri Mühafizəsi Departamentinin direktoru Zurab Çabaşvili və Nazirliyin müxtəlif şöbələrinin rəhbərləri iştirak ediblər.

Taktiki təlimin məqsədinin Strateji Boru Kəmərlərinin Mühafizə Departamentinin hazırlıq səviyyəsini nümayiş etdirmək olduğu bildirilib. (APA)