“Neftçi” avrokuboklara vəsiqə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turunda “Sumqayıt”a qalib gələn (4:0) “Neftçi” avrokuboklara vəsiqə qazanıb.

Turnir cədvəlində üçüncü pillədə olan “Neftçi sona yeddi tur qalmış dördüncü pillədə qərarlaşan “Qəbələ”ni 21 xal qabaqlayır. Belə ki, bu komandalar arasında oyunlardakı göstəricilərə görə “Neftçi” üstün tərəfdir – 2 qələbə, 1 heçə-heçə.

Hazırda “Neftçi”nin 60, “Qəbələ”nin isə 39 xalı var.

Premyer Liqanın lideri “Qarabağ” və “Sabah” klubları da avrokuboklarda iştirak hüququ əldə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.