“Neftçi” – “Spartak” oyununun hakimləri açıqlanıb

“Neftçi” – “Spartak” (Moskva, Rusiya) yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Bakı klubunyb mətbuat xidmətindən verilən məlumata görə, matçda ədaləti Rauf Cabbarov qoruyacaq.

Ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” görüşü bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.

Əvvəlki məqalə

Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub

Sonrakı məqalə

““Crocus City”də terror prezident seçkilərindən əvvəl planlaşdırılırdı” –