Neftdən əldə olunan gəlir hara xərclənir?- SOCAR-ın vitse-prezidenti açıqladı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın neft sənayesinin inkişafında böyük rolu var. Heydər Əliyevin neft strategiyası sayəsində dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektoruna böyük həcmdə investisiyalar yatırdılar. Bu da Azərbaycanın iqtisadi inkişafının əsasını yaratdı.

Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov “SPE Caspian Technical Conference and Exhibition” tədbirində bildirib.

O bildirib ki, əldə edilən gəlirlər iqtisadiyyatda xüsusi rol oynayaraq infrastruktura və sosial proqramlara yönəldilir: “Bu, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi və həyat standartlarının artırılmasında mühüm rol oynayır. Eyni zamanda, bugünkü tədbir SPE ilə əməkdaşlığın innovasiyaların və biliklərin paylaşılmasında mühüm rol oynayacaq. Biz kollektiv olaraq problemləri və gələcəkdəki imkanları danışa bilərik. Burada paylaşılan təcrübə gələcəkdə neft-qaz hasilatının təməlini qoyacaq”.

Babək Hüseynov həmçinin bildirib ki, tədbirdə 500-dən çox həmkar və 84 şirkətin nümayəndəsi iştirak edir.

Əvvəlki məqalə

“Sülhün kökləri Vaşinqtonda, Brüsseldə deyil, regiondadır” –

Sonrakı məqalə

Prokurorluq Abşeron İcra Hakimiyyətində əməliyyat keçirib –