Ssenarist Kris Çibbnel “Netflix” ilə birlikdə Aqata Kristinin “Yeddi siferblatın sirri” romanının ekranlaşdırılması üzərində işləyir.
Serialda Battl superintendant rolunu Martin Friman oynayacaq. Ledi Karterhem rolunu Helena Bonem Karter canlandıracaq. Aparıcı rollardan daha birini isə Mia Makkenna-Bryus ifa edəcək.
Serialın süjetindəki hadisələr, kitabda olduğu kimi, 1925-ci ildə baş verir. Malikanələrin birində təşkil olunan qonaqlıqda qətl hadisəsi törədilir. Cinayətkar mərhumun cəsədinin yanında 7 zəngli saat qoyur. Superintendant Battl işi araşdırmağı öz üzərinə götürür.
“Netflix”də yayımlanacaq serialın çəkilişləri bu yay başlayacaq(azərtac).