Növbəti ildən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək

Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək.

Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq:

“Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə- Azərbaycan Universitetini seçə biləcəklər. Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq olacaq”. 9APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.