Ölkə ərazisində hava küləkli və yağıntılı olacaq- Bu tarixədək

Avqustun 6-dan 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı gözlənilir. Avqustun 6-7-də yarımadanın bəzi yerlərində küləyin sürəti arabir saniyədə 20 metr olacaq. Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 5-i axşamdan 9-u gündüzədək Azərbaycanın bəzi yerlərində şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, avqustun 6-8-də bəzi yerlərdə arabir 18-23 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Əvvəlki məqalə

Aİ Ukrayna üçün yeni yardım paketi hazırlayır

Sonrakı məqalə

Azərbaycanda daha 495 nəfər COVID-19-a yoluxub