Ölkədə heyvan yemi bahadır, ət-süd necə ucuz ola bilər? –EKSPERT ŞƏRHİ

“Ölkədə fermerlərin mənafeyini qoruyan normal assosiasiya və birliklər olsa, onlar bahalaşmanı əsaslandırardı. Amma heyf ki, yoxdur. Ölkənin ərzaq təhlükəsizliyinin əsas ağırlığını daşıyan fermerlərin qədir-qiyməti bilinən ölkədə bunu hökumət də edir. Amma bizdə yox. Söhbət süd-ət-yem paritetinin müntəzəm hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasından gedir”.

Azpost.info bildirir ki, bunu iqtisadçı Rövşən Ağayev Azərbaycan bazarında ətin bahalaşmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə südün optimal qiyməti süd-yem paritetinin 1:1,5 həddinə əsaslanır: “Yəni fermer satdığı 1 litr südlə 1,5 kiloqram yağlı yem ala bilməlidir. Hazırda Azərbaycanın süd zavodları 1 litr südü kəndlidən maksimum 45 qəpiyə alır. Bu halda gərək 1 kiloqram kalorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının 1 kiloqramı minimum 60 qəpik, xüsusi tərkibli kalorili yemin 1 kiloqramı 80 qəpikdir. Yəni 1 kiloqram yemin qiyməti orta hesabla 70 qəpiyə çıxır, fermer satdığı südün qiymətinə 0,6 kiloqram yem ala bilir”.

R.Ağayevin sözlərinə görə, eyni paritet ətə münasibətdə də mövcuddur – 1 kiloqram ətin qiyməti 20 kiloqram kalorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər: “Hazırda 1 kiloqram qoyun ətinin müqabilində 15 kiloqram, 1 kiloqram mal əti müqabilində 12 kiloqram kalorili yem almaq mümkündür. Ölkədə yem bahadır. Qiyməti salmağın yolları barədə ciddi düşünmək lazımdır. Yeri gəlmişkən, soyanın kəskin bahalanması quş istehsalçıları üçün ciddi problemlər yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İki nazirlikdə yoxlama aparılacaq –

Sonrakı məqalə

Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə irəliləyib