Ölkəmiz 6 ayda “Şahdəniz”dən 200 milyon dollara yaxın gəlir əldə edib

Bu il (01.01.2020 – 01.07.2020 tarixinə) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 197 mln. ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics”ə ARDNF-dən bildirilib.

Məlumata əsasən, hesabat dövründə “Şahdəniz” yatağından əldə edilən gəlirlərinin 131 mln. dolları kondensatın payına düşüb.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin köməkçisi Minsk Qrupunun əsas arqumentini rədd etdi –

Sonrakı məqalə

“Azərbaycanlı məşqçilərlə bağlı hələlik məlumatım yoxdur” –