“Onlardan qorxmuruq” – Zelenski

“Nə Rusiya, nə də Ukrayna silahla qalib gələ bilər. Rusiya bunu istəsə də, məqsədinə çatmadı”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, kimsənin buna inanmadığı halda Ukrayna müstəqilliyini qoruyub: “Artıq diplomatiyaya keçmək lazımdır. Amma bu, ədalətli olmalıdır”.

Zelenskinin sözlərinə görə, Rusiya sülh istəyirsə, əsir mübadiləsinə razı olmalıdır: “Təhlükəsiz zəmanəti yeni müharibənin başlamaması üçündür. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.