“Oskar”a namizəd olan Pakistan filmi dindarları qəzəbləndirdi –Film qadağan olundu /FOTOLAR

Pakistan rəsmiləri transseksual qadına aşiq olan kişidən bəhs edən “Joyland” filminin kinoteatrlarda nümayişini qadağan edib.

Azpost.info “The Guardian”a istinadən bildirir ki, “Joyland”, Kann Film Festivalının LGBTQ mükafatı olan Queer Palm da daxil olmaqla ən yüksək qlobal mükafatları alıb. Saim Sadiqin rejissoru olduğu bu film Toronto Film Festivalı və Amerika Film İnstitutu Festivalında premyerasından sonra da yüksək rəylər alıb. Filmin 18 noyabr 2022-ci ildə Pakistanda nümayişi planlaşdırılırdı. Film Pakistanın 2023-cü il Oskar Mükafatı üçün Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasına rəsmi girişidir.

Səlahiyyətlilər nümayiş sertifikatı verdikdən sonra “Joyland” bu həftə Pakistanda kinoteatrlarda göstərilməli idi. Lakin onlar daha sonra filmin nümayiş etdirilməsinə etiraz edən dini liderlərdən şikayət aldıqdan sonra icazəni geri götürüblər. Pakistan Senzura Komissiyası bildirib ki, dini qruplar filmi homoseksuallığı təbliğ etməkdə ittiham edərək kinoteatrlarda nümayişinə qarşı çıxıb. Filmin nümayişinə qarşı çıxan dini siyasi partiyanın üzvü, senator Muştaq Əhməd Xan Tvitter hesabında yazıb ki, qadağanı eşidəndə rahatlıq tapıb: “Burada qeyri-islami heç nə baş verə bilməz”.

Filmin rejissoru Saim Sadiq mətbuata açıqlamasında deyib ki, film orta səviyyəli bir ailədən olan gənc evli kişinin erotik rəqs teatrına girərək transseksual ifaçıya aşiq olmasından bəhs edir. Bildirib ki, film indi bütün Pakistan kinoteatrları üçün sertifikatsızdır, yəni ölkədə onun buraxılışı qadağandır. Qadağa filmin Oskar mükafatı almaq şansını təhlükə altına qoyur, çünki giriş şərti filmin öz ölkəsində nümayiş etdirilməlidir. O, qadağanı “ağır ədalətsizlik” adlandırıb və qərara etiraz edəcəyini bildirib. Əlavə edib ki, Pakistan İnformasiya və Yayım Nazirliyinin bu qəfil dönüşü tamamilə konstitusiyaya ziddir və qanunsuzdur.

 

L.SƏMLA

Azpost.info

Əvvəlki məqalə

“Altı NATO ölkəsi Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlib”

Sonrakı məqalə

“Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kiyevdə Zelenski ilə görüşüb”