Ötən gün 1213 nəfər COVİD-19-a yoluxub –

21 nəfər vəfat edib
01 May 2021 - 16:59

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib, aktiv xəstə sayı 24220 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, ötən müddət ərzində isə ümumilikdə 3 253 878 test aparılıb.