Pəhriz üçün olan bu qidalar arıqlamağa mane olur –Dietoloq şərhi

Pəhriz üçün sayılan bir sıra qidalar arıqlamağa mane ola bilər.

Azpost.info kp.ru-ya istinadən xəbər verir ki, dietoloq Lyudmila Denisenkonun qeyd etdiyi kimi, arıqlamaq istəyənlər yoqurt və qatqıları olan kəsmikdən, şirələrdən və az yağlı qidalardan uzaq durmalıdır.

Həkim izah edib ki, adı çəkilən yoqurtların tərkibində əslində çoxlu miqdarda şəkər və zərərli əlavələr, o cümlədən dadlandırıcılar, boyalar, qatılaşdırıcılar var. Eyni zamanda, qablaşdırılmış şirələrə böyük miqdarda şəkər əlavə olunur, onların tərkibində lif və vitamin demək olar ki, yoxdur.

Mütəxəssis əlavə edib ki, arıqlamaq üçün tez hazırlanan sıyıqlardan, zülal batonlarından və qlütensiz ərzaqlardan çəkinməlidir.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlanıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik edib