Pənahəli xanın sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək

Xarici mütəxəssislər tərəfindən “İmarət” kompleksində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. Kompleksin bərpası ilə bağlı hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Bunu Mədəniyyət Nazirliyinin aparat rəhbəri Xanlar Ağalarov bildirib.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanıldığını xatırladan aparat rəhbəri deyib ki, kompleksdəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib: “Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən bu ilin aprelində kompleksin ərazisində arxeoloji tədqiqatlara başlanılıb. Düşünürük ki, ərazidə müəyyən edilən qəbirlər, qəbirlərdən götürülən nümunələr ümumilikdə kompleks haqqında olduqca önəmli məlumatların üzə çıxarılmasına kömək edəcək”.

Əvvəlki məqalə

“Pandemiyadan sonra dollar üçün ən pis il 2023 oldu”

Sonrakı məqalə

Azərbaycanın idman tarixində rekord göstərici: