Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib.  APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. Qaydalarda deyilir: 
• Onlayn satışlara üstünlük verilməlidir; • Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir; • Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır; • Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır; • Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır; • Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir; • İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.