Paşinyan Ərdoğanla danışdı, başsağlığı verdi –Erməni xilasediciləri Türkiyəyə yola düşür

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

“Baş nazir  zəlzələ nəticəsində çoxsaylı qurbanlarla bağlı Türkiyə prezidentinə və xalqına başsağlığı verib.

Paşinyan bildirib ki, İrəvan hava limanından Ermənistan xilasedicilərini fəlakət zonasına gətirəcək təyyarə uçuşa hazırlanır.

Ərdoğan yardıma görə Paşinyana təşəkkür edib. Prezident qeyd edib ki, Türkiyə hökuməti Ermənistanın dəstəyini yüksək qiymətləndirir. Ərdoğan bu addımın iki ölkə arasında dialoqun dərinləşməsində mühüm addım olduğunu qeyd edib.

 

Əvvəlki məqalə

4 544 ölü, 26 721 yaralı, 6 minə yaxın dağılmış bina…

Sonrakı məqalə

“Qarabağ”-“Gent” oyununun biletləri satışa çıxarılıb