Paşinyan Lavrovu qəbul etdi –"Rusiyanın dəstəyinə ümid edirik"

“İrəvan ümid edir ki, Moskva Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə milli komissiyalarının işini daha səmərəli həyata keçirmək üçün onlara dəstək verəcək”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Bu yaxınlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli işçi komissiyanın ilk iclası keçirilib. Artıq ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə baş tutacağı planlaşdırılır. Bu kontekstdə biz Rusiyanın dəstəyinə ümid edirik ki, bu proses təbii şəkildə inkişaf etsin və effektiv olsun”, – Paşinyan qeyd edib.

Paşinyan ümid etdiyini bildirib ki, Rusiya Azərbaycandan erməni hərbi əsirlərin və digər məhbusların qaytarılması üçün Ermənistana dəstək verəcək: “Rusiyanın dəstəyinə ümid edirik ki, bu humanitar məsələ nəhayət tam həll olunsun”.

Öz növbəsində Lavrov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi etməyə hazırdır: “Rusiya bu məsələdə qarşılıqlı razılığın əldə olunmasına kömək etmək üçün bütün tədbirləri görməyə hazır olacaq”.

Azpost.info

Əvvəlki məqalə

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi Ərdoğan olub

Sonrakı məqalə

Arpa tapmaq mümkün deyil –