Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, məktəblərə Milli qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Əvvəlki məqalə

Dmitri Medvedev Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib