Polis əməliyyat keçirib- 23 kiloqram narkotik vasitə aşkarlanıb

Martın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,2 kiloqramdan artıq heroin, 17,5 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox tiryək və 830 ədəd metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Sonrakı məqalə

Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək