Polis Akif Qurbanovun vəkilinin iddialarına münasibət bildirib

“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”. (APA)

Əvvəlki məqalə

Hikmət Hacıyev Türkiyənin XİN başçısının müavinini qəbul edib

Sonrakı məqalə

Husilər ABŞ gəmisinə raket zərbəsi endirib