2020-ci ilin avqustun 1-ə olan vəziyyətə görə, Azərbaycanda POS terminalların sayı 55 487 ədədə bərabərdir.
Bunu Trend-ə Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.
O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu terminalların sayı 13 faiz və ya 8 295 ədəd azalıb: “POS terminalların azalmasının səbəbi ölkədə dörd bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır”.
Onun sözlərinə görə, POS terminalların 65 faizi (35 611 ədəd) Bakıda, 35 faizi (19 265 ədəd) regionlarda yerləşir.
Qeyd edək ki, avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda ödəmə kartlarının sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb və 8,79 milyon ədəd təşkil edib.
Bunlardan 7,81 milyonu debet, 3,336 milyonu sosial, 2,399 milyonu əməkhaqqı, 1,976 milyonu digər kartlara aiddir.