Prezident “Elm haqqında” Qanuna dəyişikliyi təsdiqlədi –

Elm Fondlarının qeyri-kommersiya statusu ləğv olunub
12 İyun 2021 - 14:15
Prezident İlham Əliyev Milli Məclisin “Elm haqqında” Qanununda etdiyi dəyişiklikliyi təsdiqləyib.

Dəyişikliyə görə, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.15-ci maddəsindən “qeyri-kommersiya statuslu” sözləri çıxarılıb.

Bu dəyişiklik Qanunun “Əsas anlayışlar” bölməsində istifadə olunan anlayışlarla aiddir.

Qanunun 1.0.15-ci maddəsinə görə, elm və innovasiya fondları – elmi tədqiqatların qrant şəklində məqsədli maliyyələşdirilməsini həyata keçirən qeyri-kommersiya statuslu hüquqi şəxs hesab olunurdu.

Buradakı “qeyri-kommersiya statuslu” sözü çıxarılıb.

Bu dəyişikliklik  Elmin İnkişafı Fondunun və digər belə strukturların dövlət büdcəsindən başqa digər mənbələrədən də maliyyələşdirilməsi üçün imkanlar yarada bilər.