Puşkinin sağlığında çap olunmuş kitabı hərraca çıxarılıb

İyulun 27-də “Litfond” Auksion Evi ədəbi nadir əsərlərin satışını keçirəcək, burada əsas lotlardan biri Aleksandr Puşkinin həyatda olduğu dövrə aid ən nadir nəşrlərdən biri olan iki hissədə “Aleksandr Puşkinin poemaları və povestləri”dır (Sankt-Peterburq, Hərbi mətbəə, 1835-ci il).

Bu barədə Rusiya KİV-ləri xəbər verir.

Hər iki hissə 1835-ci ildə, birincisi – aprel ayında, ikincisi isə avqustda işıq üzü görüb. Tirajı 1200 nüsxə təşkil edib, hər iki cild 20 rubla satılıb. Kitaba tanınmış oymaçı Nikolay Utkin tərəfindən hazırlanmış Puşkinin həkk olunmuş portreti əlavə olunub. 1828-ci ildə “Ruslan və Lyudmila”nın ikinci nəşrini buraxarkən naşir Smirdin təkrar olaraq ona müraciət edib. Portret ayrıca olaraq 2 rubla satılıb. Tənqidçi Smirnov-Sokolskiyə görə “Poemalar və povestlər”in portretlə olan nüsxələrinin əldə edilməsi tamamilə mümkünsüzdür.

Bu iki cildə daxil olan demək olar ki, bütün əsərlər əvvəllər ayrıca kitab şəklində nəşr olunub: “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Baxçasaray fəvvarəsi”, “Quldur qardaşlar”, “Qaraçılar”, “Qraf Nulin” və “Poltava”. Yalnız “Kolomnadakı ev” (1830-cu ilin oktyabr ayında başa çatdırılıb) və “Ancelo” (1833-cü il) ayrıca nəşr olunmayıb, baxmayaraq ki, 1833-cü və 1834-cü illərdə Smirdinin “Novoselye” almanaxlarında dərc olunub. Lakin nəşrin yenilikləri ehtiva etməməsi faktı onun populyarlığına təsir göstərməyib, əksinə: oxucu üçün hər bir əsəri ayrıca almaqdansa, “Poemalar və povestlər”i əldə etmək daha sərfəli idi, çünki əsərləri ayrıca almaq daha baha başa gəlirdi.

Azpost.info

Əvvəlki məqalə

Şimali Koreya ballistik raket buraxıb

Sonrakı məqalə

Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin də meyiti tapıldı