Rusiya prezidenti Vladimir Putin dekabrın sonunda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşə bilər.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov deyib ki, ölkə liderləri dekabrın sonunda Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı bir araya gələ bilərlər.
“Bilirsiniz ki, dekabrın sonunda MDB-nin qeyri-rəsmi sammiti – ənənəvi Yeni il tədbirinin keçirilməsi planlaşdırılır. Əgər cənab Paşinyan ora gəlsə və o zaman görüş üçün böyük fürsət yaranacaq. Əgər dövlət başçıları bunu daha əvvəl zəruri hesab etməsələr, bu, onların qərarı olacaq”, – Peskov qeyd edib.
Azpost.info