Putin Paşinyanla danışdı, sülh müqaviləsini müzakirə etdi

Rusiya prezideti Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan üçtərəfli razılaşmaların həyata keçirilməsini, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Rusiya Prezidenti bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini qeyd edib.
Əvvəlki məqalə

Astarada kişi keçmiş arvadını qətlə yetirib

Sonrakı məqalə

Prezident İlham Əliyev Almaniyaya səfərə gedib