“Putin Ukryananı işğal etməyə nail ola bilməyəcək” –Bayden

“Kiyev döyüşü ukraynalılar üçün tarixi qələbədir”.

Bunu ABŞ Prezidenti Co Bayden mətbuat konfransında deyib.

“Bu, azadlığın qələbəsidir. Bu, ABŞ və tərəfdaşlarının güclü dəstəyi ilə ukraynalıların qazandığı qələbədir. Biz indi Rusiyanın təcavüzünə qarşı Ukraynanın özünü müdafiə etməsi üçün yardım paketlərini sürətləndirməliyik. İndi Rusiyanın təcavüzü coğrafi baxımdan məhdud ola bilər, amma qəddarlıq baxımından məhdud deyil.

Bizim daxildəki birliyimiz, eyni zamanda, tərəfdaşlarımızla və Ukrayna xalqı ilə birliyimiz Putinə açıq bir mesaj göndərir ki, o, heç vaxt Ukraynada dominantlıq etməyə və oranı işğal etməyə nail ola bilməyəcək. Bu baş verməyəcək”, – Bayden vurğulayıb. (APA)

Əvvəlki məqalə

“İlkin Nərmini öldürdüyünü mənə etiraf edib” –

Sonrakı məqalə

“Mülki əhalinin Mariupoldan çıxmasını təmin edin” –