Putin və Çin lideri strateji ələqələr haqqında birgə Bəyanat imzalayıb

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında danışıqlar başa çatıb. Danışıqlar təxminən iki saat yarım davam edib. 

Görüş başa çatdıqdan sonra dövlət başçıları hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət əlaqələrinin dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayıb. Sənədin özü hələ dərc olunmayıb.

İki ölkə arasında əməkdaşlığa dair ümumilikdə on sənəd imzalanıb.

Prezidentin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Rusiya və Çin Xalq Respublikasının bu birgə bəyanatı müfəssəl sənəddir və 30-dan çox səhifədən ibarətdir. Sənəddə ikitərəfli münasibətlərin xüsusi xarakteri qeyd edilir və “ədalətli və demokratik nizamın formalaşmasında Rusiya və Çinin aparıcı rolunu təsdiqləyən bütün ikitərəfli əlaqələr kompleksinin inkişaf yolları” göstərilir.

Vladimir Putinin Pekinə dövlət səfəri mayın 16-dan 17-dək davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub

Sonrakı məqalə

Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək