Putin və Zelenskinin yaxın vaxtlarda görüşü istisna olunmur

Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaxın vaxtlarda görüşün keçirilə biləcəyini istisna etmir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən “Axios” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər Putin və Zelenski arasında görüşə kifayət qədər yaxınlaşıb, lakin bundan əvvəl əlavə üçtərəfli danışıqların təşkili zəruridir.

“Mövcud kursla irəliləməyə davam etsək, buna çatacağımızı düşünürük”, – deyə mənbə bildirib.

“Axios” qeyd edir ki, ABŞ administrasiyasında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirdiyi üçtərəfli danışıqlar uğurlu qiymətləndirilib.

“Hazırkı mərhələdən razıyıq”, – Tramp administrasiyasının nümayəndəsi vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.