Putinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışıqları zamanı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.

Telefon danışıqları zamanı regionda qarşılıqlı iqtisadi əlaqələrə, həmçinin nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə toxunulub.

Bundan başqa, V. Putin Azərbaycan Prezidenti İlham Əliyev və N. Paşinyanla Qarabağla bağlı razılaşmanın icrası və Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabrda Bakı və İrəvana baş tutmuş səfərinin nəticələrini də müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilərin atəşi nəticəsində Bərdədə ziyan dəymiş ev və obyektlərə baxış və akt tərtib olunması prosesi bu həftə yekunlaşacaq

Sonrakı məqalə

Aktyor Əjdər Həmidov vəfat edib