Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Putin arasında görüş 3,5 saat çəkib.
Azpost.info bildirir ki, bu barədə Paşinyan Moskvada erməni vəkilləri ilə görüşü zamanı deyib.
O, Putinlə bu müddət ərzində gündəlikdə nəzərdə tutulmuş bütün məsələləri müzakirə etdiyini açıqlayıb: “Görüşün nəticələrindən razıyam. Rusiya prezidenti ilə çox açıq münasibətlər yaranıb. Xüsusən son aylar bu birbaşa xarakter alıb. Bu gün biz regional və beynəlxalq münasibətlərə dair məsələləri müzakirə etdik”
Paşinyan deyib ki, tərəflər heç bir sənəd imzalamayıblar: “Təhlükəsizlik və digər sahədə olan bir sıra sənədləri və əvvəl imzalanmış sənədlərin reallaşdırlmasını müzakirə etdik. Bizim erməni-rus hərbi birgə kontingenti və birgə regional HHM sistemi barədə sazişimiz var. Putinlə bu sazişlərin yeni situasiyda reallaşması üçün konkret plan və mexanizmləri müzakirə etdik”.
Paşinyan deyib ki, müharibədən sonra əsas məsələlərdən biri rusiyalı tərəfdaşların dəstəyi ilə birgə reallaşdırdıqları orduda islahatlardır: “Bu, bizim müzakirələrimizdə əsas məsələlərdən idi”.
Paşinyan deyib ki, Putinlə regional kommunikasiyalarla bağlı vəziyyət barədə də danışıblar: “Erməni-rus münasibətləri strateji xarakter daşıyır. Hazırkı situasiya və çağırışları nəzərə alaraq buna daha dərinləşdirmək lazım gəlir”.