“Bu gün restoranların saat 18:00-dan sonra işləməsi barədə qərar yoxdur”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. “Bu günə olan qərar budur ki, restoran və kafelər saat 18:00-a qədər işləyə bilər. Növbəti mərhələ vəziyyətdən asılıdır”, - deyə o əlavə edib.