“Yoluxma sayının artması ikinci dalğanın göstəricisidir”.  APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. R.Bayramlı deyib ki, vətəndaşlarımız həmrəy olaraq qaydalara əməl etməlidir: “Biz sərt karantindən çıxdıqdan sonra qaydalara əməl etməklə özümüzü qoruya bilərik”.