“”Qələbəmizdən əsər yazılmır” deyənləri o konsertlərdə görmürəm” –Bəstəkarlar İttifaqının sədri

“Qələbə ilə bağlı gözəl əsərlərimiz var, yazılıb, yazılır və daima konsert salonlarında nümayiş olunur”.

Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

“Amma mən qələbəmizdən əsər yazılmır deyənləri o tip konsertlərdə görmürəm. Görsəm, soruşaram ki, bəs sual verirsiniz, qələbəmizi əks etdirən əsərlər yoxdur, var axı. Mən istəyirəm ki, bu əsərlər, nümunələrimiz televiziyalarda da nümayiş olunsun, təbliğ olunsun, tanınsın. Üzeyir Hacıbəyov məgər yalnız toy musiqilərinin təbliği üçünmü var? O istəməzdi ki, efirdə yalnız toy mahnıları təbliğ olunsun”, – o bildirib. (APA)

Əvvəlki məqalə

Bakıda bulvar ərazisində gəzinti qayığı çevrilib, 6 nəfər xilas edilib

Sonrakı məqalə

Almaniyada qondarma “erməni soyqırımı” abidəsi sökülüb