Qətldə şübhəli bilinən şəxsi saxlayan mülki geyimli polislər olub –DİN

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Xatırladaq ki, dünən Nərimanov rayonunda qətl hadisəsi törədilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.