Qadınlara qarşı dələduzluqda şübhəli bilinən şəxslər tutulub

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

DİN-in məlumatına görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Yaşa görə müavinət alanların sayı açıqlandı

Sonrakı məqalə

İyunun 30-da Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin nəzərinə