Qanda tromb yaranması “AstraZeneca” vaksini ilə əlaqəlidir –

Avropa Dərman Agentliyi
06 Aprel 2021 - 14:42

Avropa Dərman Agentliyi “AstraZeneca” şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.

Qeyd edək ki, İngiltərədə “Oxford-AstraZeneca” vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.

Xatırladaq ki, Niderland “AstraZeneca” vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.(APA)