Qanda tromb yaranması “AstraZeneca” vaksini ilə əlaqəlidir –Avropa Dərman Agentliyi

Avropa Dərman Agentliyi “AstraZeneca” şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.

Qeyd edək ki, İngiltərədə “Oxford-AstraZeneca” vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.

Xatırladaq ki, Niderland “AstraZeneca” vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeronda pensiyalar aprelin 8-də ödəniləcək

Sonrakı məqalə

“Bəzi adamlar Şuradakı yoxlama ilə bağlı “stəkanda fırtına” qoparmağa çalışır” –