Ermənistan hökuməti Qarabağın keçmiş separatçı liderlərinə regionun və onun məcburi köçkün əhalisinin hüquqi nümayəndələri kimi baxmır.
Azpost.info-nun məlumatına görə, Azatutyun yazır ki, bunu sentyabrın 9-da Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bəyan edib: “Hüquqi baxımdan Dağlıq Qarabağ vahid kimi mövcud deyil. Söhbət yalnız oradan çıxaraq gəlmiş soydaşlarımızdan gedir və Ermənistan hökuməti onların problemlərini mükəmməl şəkildə həll edir”.
Simonyan müxalif deputatların tələblərinə belə cavab verib: “Dağlıq Qarabağ rəsmiləri artıq mövcud deyillər və Ermənistanda daha heç kəsin belə statusu yoxdur”.
Spiker əlavə edib ki, Qarabağ ermənilərinin Yerevandakı nümayəndəliyinə vaxtilə verilmiş binanın məqsədəuyğunluğu məsələsinə baxılmalıdır.