“Qarabağ savaşında bu admiralların bəyanatını görmədik” –

Ərdoğan sabiq hərbçiləri çevriliş cəhdində ittiham etdi, sərt bəyanat verdi
05 Aprel 2021 - 19:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 104 admiralın Montrye sazişi ilə bağlı verdiyi bəyanatla bağlı bu gün canlı yayımda açıqlama verib.

Azpost.info bildirir ki, Ərdoğan admiralların bəyanatını pisləyib və bunu qiyama cəhdə yol acan bir niyyət adlandırıb. “Təqaüddə olan admiralların vəzifəsi bir araya gəlib çevriliş mesajı verən bəyanatlar vermək deyil. Suriyadan Liviyaya qədər, Kıprısdan Qarabağa qədər apardığımız mübarizənin heç birində biz bu admiralların və diplomatların bununla bağlı bəyanat yaydıqlarını görmədik”. 

Ərdoğanın bildirib ki, bu müzakirənin səbəbi heç bir halda ifadə azadlığı məsələsi deyil.  “Heç kimə qarşı KİV-də və siyasətdəki açıqlamalarına görə istintaq aparılmır. Amma dövlət çevrilişləri və bəyanatlar dolu keçmişə malik bir ölkədə gecə ilə 104 admiralın belə bir addımı əsla qəbul edilməz. Bunun adına ifadə azadlığı deyilə bilməz. Belə bəyanatda ölkənin seçkili idarəçiliyini çevrilişlə təhdid edən cümlələr yolverilməzdir. Belə ifadə tərzi bütün dünyada demokratik huquq dövlətinə, milli iradəyə hucum kimi qəbul edilir və eyni şəkildə cavab verilir”.

Ərdoğan qeyd edib ki, bu məsələ ana müxalifət partiyası tərəfindən istismar olunur.

“Onlarla səsvermə sanqıdlarında hesablaşacağıq”-deyə prezident vurğulayıb.