Qarabağ Universitetində Tədris məsələləri üzrə prorektor və Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar üzrə son müraciət tarixi 8 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elanlar vasitəsilə tanış ola bilərlər.
Tədris məsələləri üzrə prorektor: https://t.ly/TF6WJ
Elm və İnnovasiya məsələləri: https://t.ly/Rrict