Qarabağda döyüşən livanlı terrorçu son sözünü dedi, bəraət istədi

Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Müdafiəçi çıxışında müvəkkilinin ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. Bu səbəbdən müvəkkili barəsində bəraət verilməsini xahiş edib.

Daha sonra Eulcekcian Viken Abrahama son söz deyib.

O da ittihamlar üzrə özünü təqsirli bilməyib. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Hökm iyunun 14-də elan ediləcək.

***

10.30

Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclasının növbəti prosesi başlayıb.

Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edəcək.

Daha sonra Eulcekcian Viken Abrahama son söz demək təklif olunacaq.

Təqsirləndirilən şəxs son sözündən sonra məhkəmənin müşavirəyə gedəcəyi və hökm oxunacağı gözlənilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DYP avtomobillərdə maskadan istifadə ilə bağlı xəbərdarlıq edib

Sonrakı məqalə

Döyülən həkim Qarabağ qazisinə nə deyib? –