“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və kəskin problemdir” –

Putin Paşinynla görüşdü, yolların açılmasını "fövqəladə əhəmiyyətli" adlandırdı
07 Aprel 2021 - 17:41

“Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və kəskin problemdir”.

Azpost.info Kremlin rəsmi saytına istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Bizim ikitərəfli münasibətlərin qurulması və ən aktual və kəskin problem olan Qarabağda vəziyyət barədə danışımaq üçün sözümüz var“-deyə Putin vurğulayıb.

Putinin sözlərinə görə, danışıqların mühüm hissəsi regionda nəqliyyat marşrutlarının və iqtisadi münasibətlərin bərpa imkanlarıdır. “Bu, fövqəladə dərəcədə mühüm məsələdir. Nəqliyyat marşrutlarının bərpası Ermənistana ölkənin inkişafı üçün yeni imkanlar əldə etməsi üçün vacibdir”.