Qarabağda yayımlanacaq radio kanalı ilə bağlı müsabiqənin qalibi məlum oldu –MTRŞ

Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

MTRŞ-dan bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

“Real Təhlil İnformasiya Mərkəzi” MMC;

“Caspian İnternational Broadcasting Company” MMC;

“Balans Studiyası” MMC;

“İNS ÇM” MMC;

“İsti Press” MMC;

“Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;

“ARB 24” MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam və dini konfessiyaların rəhbərləri Ağdamda Şəhidlər Xiyabanını ziyarət ediblər

Sonrakı məqalə

Akar Türkiyə və Rusiya arasında qarşıdurma ehtimalına münasibət bildirib