Qarabağı minadan təmizləmək üçün siçovullar gətiriləcək

“Minatəmizləmə əməliyyatlarında istifadə üçün Azərbaycana siçovullar gətiriləcək”.

Bunu açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, dünyada mina axtarışlarında siçovullardan istifadə təcrübəsi var və ANAMA da bunun üzərində çalışır: “İlkin planlara görə, növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana da gətiriləcək. Əgər effektiv olsa, onlardan da istifadə edəcəyik. Hazırda minatəmizləmə əməliyyatlarında itlərdən istifadə edirik. Bu itlər bizə kifayət qədər dəstək verir”. (APA)

Əvvəlki məqalə

On ayda əhaliyə edilən ödənişlər 308 milyon manat artıb –

Sonrakı məqalə

“Ukraynada korrupsioner qalmayıb, hamısı ölkədən gedib”