Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqalə

Blinken İsraildə etirazçıların qarşısına çıxıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib