Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?- Nazirlik açıqladı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.

Əvvəlki məqalə

Bölgələrə leysan yagıb

Sonrakı məqalə

Akif Nağının sədri olduğu partiya dövlət qeydiyyatına alınıb