QHT Şurası Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinlikləri müzakirə edib –

Onlayn konfrans
20 Avqust 2020 - 20:27

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək” mövzusunda onlayn konfrans keçirib.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, təhsil məsələsi yalnız müvafiq dövlət qurumlarını deyil, bütün cəmiyyəti narahat edən və daim diqqətdə saxlamalı olduğu məsuliyyətli mövzudur. Pandemiyanın yaratdığı fəsadlardan ən çox zərərçəkən sahələrdən birinin təhsil sahəsi olduğunu deyən Azay Quliyev ötən illər ərzində təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.

Şura sədri deyib ki, cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı nəticəsində bu gün Azərbaycanda güclü maddi-texniki bazaya və infrastruktura malik məktəblərimiz, təhsil ocaqlarımız var. Azay Quliyev Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə 3500-dən çox məktəbin tikildiyini və əsaslı təmir olunduğunu bildirib. Cəmiyyətimiz təhsilin qarşısında qoyulan yeni hədəflərə çatmaq üçün konseptual əsaslı fəaliyyətlə bağlı gözləntiləri var. Sevindiricidir ki, dövlət başçısı səviyyəsində bu məsələyə xüsusi diqqət var: “Dövlətimizin ən böyük və uğurlu layihələrindən biri də 2007-2015-ci illərdə azərbaycanlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində ölkəmiz üçün vacib olan ixtisaslarda təhsil alması üçün onların bütün xərclərinin qarşılanması olub. Bu gün həmin proqramdan yararlanan gənclərimizdən olan Emin Əmrullayev Təhsil naziridir. Yüksək səviyyəli kadrların hazırlığında bu proqram mühüm rol oynadı”.

Azay Quliyev bildirib ki, son illərdə təhsil sahəsində aparılan islahatlar, xüsusi ilə müəllimlərin diaqnostik qiymətləndirməsi nəticəsində sosial təminatının güclənməsi müəllimlik peşəsinə olan marağı daha da artırıb.

Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqəsi çərçivəsində Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsillə bağlı 21 QHT layihəsini dəstəklədiyini bildirib. Şuranın layihələri çərçivəsində pandemiya dövründə 100-ə qədər vətəndaş müvafiq texniki avadanlıqla təmin edilib. Şura sədri pandemiya dövründə təhsil prosesinin qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün QHT-lərin təhsil institutlarına ictimai dəstəyi artırmasının vacibliyini qeyd edib: “Bu gün dünya ölkələri, o cümlədən də Azərbaycan “insanların sağlamlığı, yoxsa daha keyfiyyətli təhsil” dilemması qarşısında qalıb. Hesab edirəm ki, cəmiyyətin bütün fəal institutlarının təklifləri nəzərə alınacaq və müvafiq dövlət sturkturları yeni tədris ilində dərslərin keçirilməsinin forması ilə bağlı ən doğru qərarı qəbul edəcəklər”.

21-ci Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Etibar Əliyev təhsillə olan diqqətin pandemiya dövründə daha da artdığını bildirib. Təhsilin fasiləsizliyinin qorunması üçün cari ilin mart ayından başlayarq müvafiq işlərin görüldüyünü, bu sırada distant təhsilin də önəmli mexanizm olduğunu deyib.

Deputat Azərbaycan təhsil sisteminin dövlət başçısı səviyyəsində gördüyü diqqət sahəsində pandemiya dövrünün sınağından da uğurla çıxdığını bildirib: “15 sentyabrda başlayacaq yeni tədris ilində təhsilin hansı formada davam etdiriləcəyinə yəqin ki, yaxın vaxtlarda aydınlıq gətiriləcək. Distan təhsilin hüquqi əsasları, distant təhsilin İKT və təhsil layihəsi olması bu gün ciddi müzakirə olunmaqdadır. Təhsil naziri Emin Əmrullyev Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri görüş keçirərək təhsil sistemin qarşısında dayanan məsələlərlə bağlı geniş müzakirələr aparıb. Hazırda pandemiyanın dinamikasından asılı olaraq təhsilin davamiyyət formaları araşdırılır. Məktəblərin şəraitindən asılı olaraq məktəblərdə təhsilin müxtəlif formalarda davam etdirilməsi təklif olunur. Hesab edirəm ki, iptidai siniflərdə təhsilin ənənəvi formada keçirilməsi daha məqsədəuyğundur. Hazırkı dövrdə QHT-lərin, ali məktəblərin yanındakı İctimai Şuraların da üzərinə mühüm vəzifələr düşür. Ənənəvi təhsilin distant təhsillə müqayisəsini aparıb optimal variant axtarını davam etdirməliyik”.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Askerov Shahlar pandemiya dövründə təhsilin keyfiyyətli təşkilinə həsr olunan konfransın keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Şahlar Əsgərov deyib ki, cəmiyyətimiz pandemiya şəraitində yaşamağı bacarmaqla yanaşı, eyni şəraitdə təhsil almaq məsələsinə də aydın şəkildə baxmalıdır. Distant təhsilə keçmək üçün müvafiq infrastruktur tələblərə uyğun olmalıdır.

Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Elnur Nəsibov pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin, ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib. Təhsil nazirinin müşaviri pandemiya dövründə müəllimlərin 37%-nin yaşına görə risk qrupuna daxil olduğunu deyib. Elnur Nəsibov ARB Günəş və Mədəniyyət televiziya kanalının efirində təşkil olunan, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu bildirib.

Elnur Nəsibov bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.

QHT rəhbərləri Shargiyya Dadashova, Pərvanə Talıbova, Səbuhi Abdullayev, Anar XelilovNargiz XelefTəhmasib NovruzovIlqar OrucovTarana Pashayeva, Şahin Rəcəb, Əlövsət Allahverdiyev, Rövşən Bağırov, Asif Əsgərli və Səadet Bənənyarlı da konfransda çıxış edərək fikir və təkliflərini bildiriblər.