Qısnamaya məruz qalmış şagirdin oxuduğu 156 saylı məktəbdən açıqlama

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb: “Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”.

Bakı Şəhər Təhsil İdarəsindən APA-ya bildirilib ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

“Azyaşlı qızın sinif yoldaşları tərəfindən qısnama görüntüləri araşdırılır” –

Sonrakı məqalə

Zelenski cəbhənin ön mövqelərinə baş çəkib