Ramiz Əzizbəyli dəfn olunub –

Mehriban Əliyeva mərasimə əklil göndərib (FOTO)
10 İyun 2021 - 13:35

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

Mərhum sənətkar Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Ramiz Əzizbəylinin dəfn mərasimi üçün əklil göndərib.

Əklil R.Əzizbəylinin məzarı önünə qoyulub.