“Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib –VİDEO

Moskvanın Basmannı məhkəməsi “Reuters“ xəbər agentliyinin prodüseri Konstantin Qabovu “NavalnyLIVE” “YouTube” kanalında materiallar dərc etdiyinə görə həbs edib.

Bu barədədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Reuters” xəbər agentliyinin xəbər xidmətinin prodüseri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə (ekstremist birlikdə iştirak) ittiham olunur. K. V. Qabov “NavalnyLIVE” “YouTube” kanalında yayımlanmaq üçün videomateriallar, fotoların hazırlanmasında iştirak edib. Məhkəmə onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib”, – məlumatda qeyd olunub. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.